ABŞ müdafiə naziri türk dövlətlərinə təşəkkür edib

ABŞ müdafiə naziri türk dövlətlərinə təşəkkür edib
ABŞ-da keçirilən Novruz tədbirində müdafiə nazirinin köməkçisinin müavini Rebekka Zimmerman müdafiə naziri Lloyd Ostinin adından Novruz təbriklərini çatdırıb.

Bu barədə “Report”a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

O, bu il region ölkələri ilə diplomatik və müdafiə sahəsində münasibətlərin 30 illiyinin qeyd edilməsinə diqqət çəkib, regional əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin təşviq edilməsində töhfələri yüksək qiymətləndirib.

O, 20 il ərzində ABŞ-ın Əfqanıstanın stabilliyi və hərbi əməliyyatları zamanı Əfqanıstanın stabilliyinə dəstək verən Mərkəzi Asiya ölkələri və digər tərəfdaş türk dövlətlərinə təşəkkürünü bildirib. R.Zimmerman indi hər zamankından daha çox ədalət və sülh üçün birliyə ehtiyac olduğunu vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 854 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...