S&P: Rusiya iqtisadiyyatı son 30 ilin ən kəskin tənəzzülünü - YAŞAYACAQ

S&P: Rusiya iqtisadiyyatı son 30 ilin ən kəskin tənəzzülünü -
"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi beynəlxalq sanksiyalar və iqtisadi əlaqələrin pozulması fonunda bu il Rusiya iqtisadiyyatının 8,5% azalacağını gözləyir.

Gundeminfo.az xəbər verir ki, bu azalmanın 1992-ci ildən bəri qeydə alınacaq ən kəskin tənəzzül olacağı güman edilir. Rusiya iqtisadiyyatında ən kəskin azalma 1992-ci ildə qeydə alınmışdı – həmin il ölkədə real ÜDM illik müqayisədə 14,5% azalmışdı. Ötən dövrdə ÜDM-in digər kəskin azalması halları 1998-ci ilin maliyyə böhranı zamanı (-5,3%) və qlobal maliyyə böhranı zamanı (-7,8%) baş vermişdi.

İnflyasiyaya gəldikdə, S&P-nin proqnozlarına görə, bu il Rusiyada illik inflyasiya 16% təşkil edəcək. Agentliyə görə, sanksiyaların Rusiyanın xammal ixracına böyük dərəcədə toxunmayacağı halda belə, bu il ümumi ixracın həcminin azalacağını gözlənilir.

"Etimad şoku, maliyyələşdirmə şərtlərinin əhəmiyyətli dərəcədə sərtləşməsi və gələcək tələblə bağlı qeyri-müəyyənlik fonunda iqtisadiyyata investisiyaların yatırımı kəskin şəkildə azalacaq. Fiskal reaksiya bu tendensiyaların bəzilərini kompensasiya etsə də, daxili tələbin ümumi azalması əhəmiyyətli olacaq", - S&P-nin analitikləri qeyd edib. (Apa)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 070 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...