Ən böyük xarici reklamçıların üçdə biri Rusiyadan imtina edib - "Kommersant"

Ən böyük xarici reklamçıların üçdə biri Rusiyadan imtina edib -
Rusiyanın ən yaxşı 30 reklamçısı sırasında yer alan 11 xarici şirkət Ukraynaya hücumu ilə əlaqədar Rusiya Federasiyasına reklam investisiyalarını dayandırdığını elan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” qəzeti AdIndex sənaye nəşrinin 2021-ci il üçün hazırladığı ən böyük reklamçıların illik reytinqinə istinadən məlumat yayıb.

Onların arasında PepsiCo, Nestle, Mars Russia, McDonald's, Procter & Gamble, L'Oreal, Reckitt Benckiser, Ferrero, Coca-Cola, Sanofi Aventis, GSK Consumer Healthcare var.

Havas Village şirkətinin baş direktoru (ADV qrupunun bir hissəsi) Andrey Çuvayev hesab edir ki, yaxın gələcəkdə yerli reklamçıların payı artacaq.

Bundan əvvəl yüzlərlə xarici firma, o cümlədən tanınmış dünya brendlərinin istehsalçıları Ukraynada baş verənlərə və Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarına reaksiya verərək, Rusiya bazarından müvəqqəti və ya tam "çıxdıqlarını” (istehsalın dayandırılması, Rusiya Federasiyasında investisiyaların və ya fəaliyyətlərin dayandırılması) elan etmişdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 289 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...