Ukraynada daha 3 humanitar dəhlizin açılması razılaşdırılıb
Bu gün mülki əhalinin təxliyəsi üçün Ukraynada daha 3 humanitar dəhlizin açılması razılaşdırılıb.
“Report” xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reintqrasiyasə üzrə nazir İrina Vereşuk deyib.
“Humanitar yardımların çatdırılması və insanların təxliyəsi üçün daha 3 humanitar dəhlizin açılması barədə razılıq əldə olunub. Humanitar yardım daşıyan avtobus və yük maşınları artıq Zaporojyanı tərk ediblər. Biz Rusiya tərəfindən öz öhdəliklərinə əməl etməyi və humanitar yüklərin nəzarət-buraxılış məntəqəsindən keçmələrinə icazə vermələrini tələb edirik”, - o bildirib.
Qeyd edək ki, döyüşlərin getdiyi bölgələrdə mütəmadi şəkildə humanitar dəhlizlərin açılması razılaşdırılsa da, Rusiya tərəfi bu anlaşmaları pozur və humanitar karvanlardan Ukrayna şəhərlərinə daxil olmaq vasitəsi kimi istifadə edir və ya onlara atəş açır. İndiyədək qızğın döyüşlərin getdiyi ərazilərdən 100 minlərlə dinc sakin təxliyə olunub. Rəsmi Kiyev bu prosesdə Rusiyanı vətəndaşlarını, xüsusilə uşaqları öz ərazisinə daşımaqda ittiham edir.
1 282 dəfə oxundu