Slovakiya Rusiya qazının pulunu rublla ödəməyə RAZIDIR

“Əgər rublla ödəmə tələbi varsa, o zaman biz rublla ödəyəcəyik”.
Slovakiya Rusiya qazının pulunu rublla ödəməyə


KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Slovakiyanın İqtisadiyyat naziri Riçard Sulik bildirib.

Nazir qeyd edib ki, Slovakiyanın bütün qaz tədarükünün təxminən 85 faizini Rusiya idxalı təşkil edir və buna görə də, ölkə hakimiyyəti bu məsələyə praqmatik yanaşacaq.

Sulik Avropanı ümumi həll yolu axtarmağa çağırıb. Slovakiyanın yanacaq alışı ilə bağlı mövcud problemi həll etmək üçün cəmi iki ay vaxtı olduğunu deyib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin keçən həftə yeni qaz ödəniş mexanizminin tətbiqi haqqında fərman imzalayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...