Daha bir rus milyoner arvadı ilə qızını öldürüb intihar etdi - KİV

Daha bir rus milyoner arvadı ilə qızını öldürüb intihar etdi -
Rusiyanın “Novatek” qaz şirkətinin keçmiş top meneceri Sergey Protosenya və ailə üzvləri İspaniyada ölü tapılıb.

Yeniavaz.com xəbər verir ki, Bu barədə “Telecinco” Kataloniya hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, aprelin 19-da Loret de Mar şəhərində üç nəfərin cəsədi tapılıb. Hüquq-mühafizə orqanları onların kimliyini açıqlamayıb.
Lakin, “Catalunya Diari” qəzeti ölənlərin Sergey Protosenya, onun 53 yaşlı həyat yoldaşı və 15 yaşlı qızı olduğunu iddia edir.

Keçmiş top-menecerin 400 milyon avro sərvətə sahib olduğu və adətən Fransada yaşadığı bildirilir. Ailə Pasxa bayramı üçün İspaniyaya gəlib. Qohumlardan biri polisə xəbər verib ki, onlarla əlaqə kəsilib. Müraciətdən sonra əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları üç meyit tapıblar: ikisi otaqda, biri isə bağda.
Belə bir versiya var ki, Protosenya həyat yoldaşı və qızını yatarkən bıçaqlayıb, sonra isə intihar edib.

Yerli polis cinayətdə mafiyanın iştirakını yoxlayır.

Xatırladaq ki, aprelin 18-i “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayev həyat yoldaşı və uşağını yaşayış binasında qətlə yetirdikdən sonra intihar etmişdi.
Daha bir rus milyoner arvadı ilə qızını öldürüb intihar etdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 607 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...