Avstraliya 100-dən çox rusiyalını “qara siyahı”ya saldı

Avstraliya 100-dən çox rusiyalını “qara siyahı”ya saldı

Avstraliya hökuməti 147 rusiyalıya qarşı sanksiya tətbiq edib.

Həmçinin Rusiya Federal Məclisinin Federasiya Şurasının 144 senatoruna, o cümlədən sənəddə “Rusiya xarici işlər naziri Sergey Lavrovun qızı” kimi adı keçən Yekaterina Vinokurovaya qarşı da avtonom sanksiyalar tətbiq edilib.

Aprelin 14-də Avstraliya Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın 14 şirkətinə, müəssisə və təşkilatına qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Avstraliya həmçinin Ukraynaya hərbi yardım göstərmək planlarını da açıqlayıb. Ukraynaya hərbi yardımın ümumi məbləğinin xərclər baxımından təxminən 143 milyon dollara çatdırılması planlaşdırılır.

Mənbə: Qazeta.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 302 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...