Haitidə Türkiyə vətəndaşları oğurlanıb

Haitidə Türkiyə vətəndaşları oğurlanıb
Haitidə Türkiyənin səkkiz vətəndaşı oğurlanıb. Bu barədə “Report” “Haiti24” portalına istinadən xəbər verir.

Məlumata görə, onlar arasında br neçə qadın da var. "Dominikan Respublikası - Haiti marşrutu üzrə hərəkət edən avtobusda olan Türkiyənin 8 vətəndaşı mayın 8-də günorta saatlarında Krua-de-Buket ərazisində 8 nömrəli magistral yolunda qaçırılıb", - xəbərdə deyilir.

Ötən həftə Haitinin paytaxtında Dominikan səfirliyinin müşaviri Karlos Quillen Tatisin də həmin ərazidə oğurlanaraq azadlığa buraxılması barədə məlumat yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 598 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...