Rusiyanın 300 milyard dolları Ukraynaya verilir

Rusiyanın 300 milyard dolları Ukraynaya verilir
Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozef Borrell münaqişədən sonra Ukraynanın bərpası xərclərinin ödənilməsi üçün Rusiyanın Avropada dondurulmuş valyuta ehtiyatlarından istifadəni təkif edib.

Cebhe.info xəbər verir ki, o, bu barədə “The Financial Times”a müsahibəsində bildirib.

Borrell nümunə kimi Vaşinqtonun Əfqanıstan Mərkəzi Bankından milyarlarla dolları götürməsini göstərib. Onun sözlərinə görə, bundan sonra həmin vəsaitdən terror qurbanlarına kompensasiya və ölkəyə humanitar yardım üçün istifadə olunacaq.

Aİ diplomatiyasının rəhbərinin sözlərinə görə, Rusiyanın dondurulmuş ehtiyatları ilə davranmaqda oxşar addımları nəzərdən keçirmək məntiqli olar.

Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb. Fevralın 24-də ruslara təcili müraciət edərək Donbasda xüsusi hərbi əməliyyat elan edib.

Rusiyanın hərəkətlərinə cavab olaraq Qərb ölkələri (ABŞ, Kanada, Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya) Rusiya Federasiyasına qarşı maliyyə-iqtisadi xarakterli sanksiyalar da daxil olmaqla daha sərt qadağalar elan ediblər.

Belə ki, Rusiya bankları, o cümlədən “Sberbank”, VTB, “Novikombank”, “Otkritie” və “Sovkombank” sanksiyalara məruz qalıb.Bir sıra dövlət şirkətləri üçün xarici kapitalı cəlb etmək çətindir.

Daha sonra Aİ ölkələri və ABŞ sanksiyalara məruz qalan Rusiya banklarını beynəlxalq banklararası əməliyyatlar və SWIFT məlumat mübadiləsi sistemindən ayırmağa razılaşıblar. Bundan əlavə, Rusiya Bankının aktivlərinin (təxminən 300 milyard dollar) dondurulması qərara alınıb ki, bu da onun beynəlxalq ehtiyatlarından istifadəsində çətinliklər yaradıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 721 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...