İranda narazı xalq “Bəsic” qüvvələrinin bazasını yandırdı -

İranda narazı xalq “Bəsic” qüvvələrinin bazasını yandırdı -

İranda son qiymət artımına etiraz olaraq Çaharmahal və Bəxtiyari əyalətlərində xalq ayağa qalxıb. Cunəqan şəhərində isə hökumətin yarıtmaz siyasəti əleyhinə müxtəlif şüarlar səsləndirən sakinlər “Bəsic” qüvvələrinin bazasına hücum edərək yandırıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, bazada İİR dövlət bayrağına od vurulub, lövhələr, qapı və pəncərələr sındırılıb.

Bundan başqa, Cunəqan şəhərinin imam-cüməsinin ofisi də narazı insanlar tərəfindən dağıdılıb.

Etirazçılar “Rəisiyə ölüm!”, “Xameneiyə ölüm!”, “Xomeneiyə lənət!”, “Diktatora ölüm!” və “Lənətə gəlmiş mollalar!” kimi müxtəlif şüarlar səsləndiriblər.

Hüquq mühafizəçiləri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, həmçinin havaya atəş açıblar.

Son məlumatlara görə, təhlükəsizlik qüvvələri aksiya iştirakçılarının həbsinə başlayıb.

Bundan başqa, şəhərdə internetin verilişi məhdudlaşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 407 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...