İranda bahalığa qarşı etirazlar qızışır: Tanklar şəhər küçələrində, ölən və yaralananlar var

İranda bahalığa qarşı etirazlar qızışır:
İranın Çaharmahal və Bəxtiyari əyalətinin Farsan şəhər sakininin verdiyi məlumata görə, şəhərdə sərt təhlükəsizlik tədbirlərinin görülməsinə, təhlükəsizlik orqanlarının xalqa birbaşa atəş açmasına və internetin tamamilə kəsilməsinə baxmayaraq, burada bahalığa qarşı etirazlar hələ də davam edir.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bununla yanaşı, Xuzestan əyalətinin şəhərlərində də internet kəsilib. Həmçinin Məscid-Suleyman, İzə və Mahşəhr şəhərlərində də eyni vəziyyətin hökm sürdüyü bildirilir.

Hökumət qüvvələrinin ötən gecədən başlayan etiraz aksiyasının fəallarına qarşı odlu silahlardan birbaşa atəş açdığı, azı bir nəfərin öldürüldüyü, bir neçəsinin isə yaralandığı qeyd olunub.

Habelə media fəalları əyalətin Babaheydər şəhərində də mitinqlərin davam etdiyini, bir nəfərin güllələndiyini və cənazəsinin ailəsinə təhvil verilmədiyini yazıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 951 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...