ATƏT missiyasının üzvü Donbasda əsirlikdən azad edilib

ATƏT missiyasının üzvü Donbasda əsirlikdən azad edilib
Rusiyalı hərbçilər tərəfindən əsir götürülən ATƏT-in Donbasdakı Xüsusi Monitorinq Missiyasının (XMM) dörd əməkdaşından biri əsirlikdən azad edilib.

Bunu ATƏT-in baş katibi Helqa Şmid deyib.

“Mən hələ də Donetsk və Luqanskda olan daha üç həmkarımın azad edilməsinə çağırıram və onların dərhal ailələrinə qaytarılması üçün yorulmadan çalışmağa davam edəcəm”, - deyə Şmid öz “Twitter” hesabında bildirib.

O, ATƏT-in XMM əməkdaşının məhz nə vaxt azadlığa buraxıldığını açıqlamayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 039 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...