Tkeşelaşvili: “Qonşu ölkəyə təcavüz cəzasız qalmamalıdır”

Tkeşelaşvili: “Qonşu ölkəyə təcavüz cəzasız qalmamalıdır”
“Qonşu ölkəyə təcavüz cəzasız qalmamalıdır”.

"Report" xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvili IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O, Cənubi Qafqaz regionunun uzun illərdir münaqişələrdən və işğaldan əziyyət çəkdiyini qeyd edərək, regionda dayanıqlı təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

“Həm Gürcüstan, həm də Azərbaycan münaqişə ilə üzləşib”, - o xatırladıb.

Onun sözlərinə görə, Ukraynadakı müharibə dünya nizamını müəyyənləşdirəcək: "Ukrayna Rusiya tərəfdən işğala məruz qalıb. Biz Ukraynanı dəstəkləməliyik və nümayiş etdirməliyik ki, qonşu ölkənin ərazilərinin işğalı qəbuledilməzdir və işğalçı bunun cəzasını çəkməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
976 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...