Fransa Prezidenti Baş nazirin istefasını qəbul etməyib

Fransa Prezidenti Baş nazirin istefasını qəbul etməyib
Fransa Prezidenti Emmanuel Makron Baş nazir Elizabet Bornun istefasını qəbul etməyib.

“Report” xəbər verir ki, bu barədə AFP agentliyi Yelisey sarayının bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, E.Makron bu gün və sabah fransızların xeyrinə mümkün konstruktiv həll yollarını müəyyən etmək üçün lazımi siyasi məsləhətləşmələr keçirmək niyyətindədir.

Qeyd edək ki, Elizabet Born mayın 16-da Baş nazir təyin edilib. O, bundan əvvəl Fransanın kompleks ekoloji dəyişikliklər naziri və əmək, məşğulluq və inteqrasiya naziri vəzifələrində çalışıb. E.Born Fransa tarixində Baş nazir təyin edilən ikinci qadındır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
752 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...