Dünyaca məşhur nəşr qazilərin şikayətlərindən yazdı

Dünyaca məşhur nəşr qazilərin şikayətlərindən yazdı
Dünyaca məşhur alman xəbər agentliyi “Deutsche Welle” Vətən müharibəsi qazilərinin etirazlarından bəhs edən geniş yazı dərc edib.
Yeniavaz.com xəbər verir ki, məqalədə deyilir:
“Azərbaycanda İkinci Qarabağ müharibəsinin bəzi veteranları əlilliyə görə müavinət ala bilmədiklərindən, ümumiyyətlə, hüquqlarının pozulması ilə üzləşdiklərindən şikayətlənirlər. Hakimiyyət iddia edir ki, problem qanunvericiliyin mükəmməl olmamasında və veteranların özlərinin əsassız iddialarındadır.
Dövlət televiziyası - AzTV 2 iyundakı etiraz iştirakçılarını müqəddəs veteran statusundan sui-istifadə etməkdə ittiham edərək vətənin maraqsız müdafiə olunmalı olduğuna şəffaf şəkildə eyham vurması barədə süjet hazırlayıb.
İyunun 2-də keçirilən aksiyanın təşkilatçılarından biri Hacı Vəliyev (Vətən müharibəsi qazisi) deyir ki, onlarla müharibə iştirakçısı dəfələrlə problemləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, məmurlar buna əhəmiyyət verməyiblər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
908 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...