Erməni vandalizmi sərhəd tanımır: “İrəvandakı məhəlləmizi sökürlər"

Erməni vandalizmi sərhəd tanımır:
Qədim Azərbaycan şəhəri İrəvan və onun əsas məhəllələrindən olan Təpəbaşıda ermənilər xalqımıza məxsus irsi sistemli şəkildə dağıtmağa başlayıblar və bu proses indi də davam edir.

Hazırda Təpəbaşı məhəlləsi tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Belə ki, İravan şəhərinin 4 böyük - Qalaiçi, Şəhər, Dəmir bulaq, Təpəbaşı məhəlləsi olub. Təpəbaşı məhəlləsi digərlərindən hündürdə yerləşdiyi üçün adı belə adlanıb. Burada 17-ci əsrə aid Şərq üslubunda tikilmiş evlər, abidələr, imarətlər mövcud idi.

Cebhe.info xəbər verir ki, Təpəbaşı məhəlləsinin keçmış sakıni Akif Əliyev yerli kanala xatirələrindən danışıb:

"Bizim ikimərtəbəli qara daşdan evimiz vardı. Mənim babam məscid axundu idi. Bütün İrəvan camaatı babamla məsləhətləşərdi. Təpəbaşında beşə yaxın məhlə vardı. Ermənilər yağış yağanda küçəyə çıxmağa qorxurdular. Elə bilirdilər ki, yağış hansısa müsəlmanın üzərinə yağanda silah çıxarıb onları vurar. Ermənilər meşədən odun daşıyırdılar. Onlar İrəvanda ancaq belə işlərə baxırdılar. İrəvanda hamı Azərbaycan dilində danışırdı. Elə erməni vardır ki, öz dilində danışa bilmirdi".

İrəvanın digər keçmiş sakini Telman Qasımov yaşayış yerlərinin dağıdılması ilə bağlı YUNESKO-ya müraciət edildiyini bildirib:

"Təpəbaşı məhəlləsini ermənilər təmamilə yox etmək istəyirlər. Abidələrimizi, evlərimizi söküb burada olan nişanaləri itirmək istəyirlər".

https://www.facebook.com/watch/?v=811145049871701



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
771 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...