Britaniyada Baş nazir seçimləri üçün bu gün ilk səsvermə olacaq

Britaniyada Baş nazir seçimləri üçün bu gün ilk səsvermə olacaq
Böyük Britaniyada Baş nazir Boris Conson istefa verdiyini elan etdikdən sonra Mühafizəkarlar Partiyasının namizədlərinin seçilməsi çərçivəsində bu gün ilk səsvermə keçiriləcək.

Gundeminfo.az “CNN Türk”ə istinadən xəbər verir ki, İngiltərədə Baş nazir postuna 8 namizədin qatılacağı səsvermə bu gün başlayır.

Yerli vaxt ilə saat 16:30-da keçiriləcək ilk səsvermədə 358 deputatdan 30-nun dəstəyini ala bilməyən namizədlər sıradan çıxarılacaq.

Bildirilib ki, səsvermənin nəticələrinə görə iki və ya üç namizəd kənarlaşdırıla bilər. Keçiriləcək ikinci turda və zərurət yaranarsa 18 iyulda olacaq üçüncü turun nəticələrindən sonra baş nazirlik üçün iki namizəd mübarizə aparacaq.

Qeyd edək ki, keçmiş maliyyə naziri Rişi Sunak, İraq əsilli Nədim Zəhavi, keçmiş xarici işlər naziri Ceremi Hant və xarici işlər naziri Liz Truss namizədlər arasındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
717 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...