"Rusiya hücum etsə Estoniya xəritədən silinəcək" deyən baş nazir istefa verdi

"Rusiya hücum etsə Estoniya xəritədən silinəcək" deyən baş nazir istefa verdi
Estoniyanın Baş naziri Kaja Kallas istefa verib.

“Report” TASS-a istinadən xəbər verir ki, Kaja Kallas istefası barədə özü açıqlama yayıb.

Artıq istefa ərizəsi Prezident Alar Karisə təqdim olunub.

Onunla birlikdə hökumətin bütün üzvlərinin istefaya getdiyi bildirilir.

Qeyd edək ki,K.Kallas Estoniyanın 19-cu baş naziri olmaqla 2021-ci ildən bu vəzifəni icra edirdi. O, NATO-nun Baltikyanı ölkələri qorumaqla bağlı planından narazılığını bildirmişdi. Onun fikrincə, Rusiya ilə müharibə olacağı təqdirdə Estoniya dövləti xəritədən silinəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...