Rusiyanın daha 2 zabiti Ukraynadakı müharibədə ölüb
Ukraynada Rusiyanın Volqoqrad 20-ci qvardiya motoatıcı diviziyasının komandiri, polkovnik Aleksey Qorobets ölüb.
“Report” xəbər verir ki, məlumatı Rusiyanın RBK telekanalı yayıb.
Bildirilib ki, həyat yoldaşı Anna Qorobets ərinin öldüyü barədə komandanlıqdan telefonla məlumat aldığını deyib. Məlumata görə, 49 yaşlı zabit Moskva vilayətində Alabino poliqonu və Kubinka aerodromunda 2021-ci ilin avqustunda “Ordu-2021” beynlxalq forumunda hazırlıqda iştirak edib.
Qeyd edilib ki, Ukraynada Qorobetsin müavini 49 yaşlı Aleksey Avramçenko da ölüb. İyulun 13-də Ukraynada Volqoqraddan olan 35 yaşlı baş əsgər Anastasiya Savitskayanın ölümü ilə bağlı məlumat yayılıb. O, Ukraynadakı müharibədə ölən Rusiyanın ilk qadın hərbçisi sayılır.
Xatırladaq ki, 20-ci qvardiya motoatıcı Prikarpat-Berlin Qırmızı Bayraq ordenli Suvorov adına diviziya 1920-ci ilin əvvəllərində yaradılıb. O, İkinci Dünya müharibəsində iştirak edib. 2009-cu ildə yenidən qurularaq Volqoradda yerləşir.
Ümumiyyətlə, Ukraynadakı müharibədə indiyədək Rusiya ordusunun 10 generalı ölüb.
925 dəfə oxundu