Rusiya Suriyadan Ukraynaya doğru hərəkətə keçdi
Ukrayna cəbhəsində təchizatla bağlı ciddi problemlərlə üzləşən Rusiya artıq digər ölkələrə dislokasiya etdiyi hərbi hissə və sursatları köçürməyə başlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-ın sanksiyaları altında olan Rusiyanın “Sparta II” ticarət gəmisi Rusiya ordusu üçün silah daşıyır.
Qeyd olunur ki, gəmi ötən ayın sonunda Suriyadan Rusiyaya gedərkən Türkiyə boğazından keçib. Avropa kəşfiyyatının məlumatına görə, “II Sparta” hərbi yük aparırmış.
“Bloomberg” agentliyinin qaynaqlarının verdiyi informasiyaya əsasən, Rusiya Qara dənizdə hərbi yüklərin daşınması üçün ticarət gəmilərindən istifadə edir.
“Sparta II” gəmisi Rusiyanın ixtiyarında olan Suriyanın Tartus limanından hərbi maşınlar çatdırır. Bunu bu ilin iyulun 17-25-də kəşfiyyat məlumatları və peyk görüntüləri sübut edir.
Gəmi Suriyada olarkən, eləcə də Bosfor boğazından keçərkən içində hərbi maşınlarla görünüb. Daha sonra onu Novorossiyskdə ən azı 11 texnikanı boşaldarkən aşkar ediblər.
Qərb agentlikləri Rusiyanın bu il bir neçə dəfə əvvəllər Suriyadan hərbi yük daşıyan “Oboronlogistika” MMC-nin gəmilərindən istifadə etdiyini bildirirlər.
“Rusiyanın Suriyadan tədarükü ümumi logistikaya təsir göstərə bilər, çünki Novorossiysk 2014-cü ildə Ukraynanın işğal altında olan Krım vilayətindəki, habelə Xerson və Zaporojyedəki bazalarını təchiz etmək üçün istifadə olunur”, - deyə xəbərdə qeyd olunur.
664 dəfə oxundu