Bıçaqlanan yazıçı Salman Rüşdinin GÖZÜ KOR OLA BİLƏR

Bıçaqlanan yazıçı Salman Rüşdinin
Yazıçı Salman Rüşdi hücuma məruz qaldıqdan sonra bir gözünü itirə bilər.

KONKRET.az “New York Times”a istinadən xəbər verir ki, bu barədə yazıçının agenti məlumat verib. Məlumatda deyilir ki, hücuma məruz qalan yazıçı Salman Rüşdi süni nəfəs aparatındadır, danışa bilmir və ehtimal ki, gözlərindən birini itirib.

Xatırladaq ki, Rüşdi cümə günü Nyu-York ştatında institutda səhnədə çıxış etməzdən əvvəl hücuma məruz qalıb. Şübhəli şəxs həbs edilib. Polis bildirib ki, yazıçı əməliyyat otağındadır, o, ən azı iki bıçaq yarası alıb – boyun və mədə nahiyəsindən.

Qəzet yazır ki, “Rüşdinin agenti Endryu Uayli cümə günü axşam saat 19:00-a qədər onun vəziyyəti ilə bağlı yeniləmə göndərərək, Rüşdinin süni nəfəs aparatında olduğunu və danışa bilmədiyini bildirib”.

“Salmanın bir gözünü itirmək ehtimalı var. Qolunun sinirləri kəsilib, qaraciyəri bıçaqla zədələnib”, – deyə qəzet agentin sözlərindən sitat gətirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
686 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...