“Bayraktar TB2” 500 min saat uçuşla rekord qırdı - VİDEO
Türkiyənin milli S/PUA-sı (Silahlı Pilotsuz Uçuş Aparatı) “Bayraktar TB2” daha bir mühüm mərhələni geridə qoyub. Türk aviasiya tarixində yeni bir çığır açan “Bayraktar TB2” S/PUA sistemi 500 min uçuş saatını müvəffəqiyyətlə tamamlayıb.
Bu barədə Bizim.Media-ya “Baykar Texnelogiya” şirkətinin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Bildirilib ki, S/PUA-sı “Bayraktar TB2” səmada yarım milyon saatı keçərək ən uzun xidmət edən milli təyyarə ünvanını qazanıb.
“Türkiyənin dünyaya ixrac etdiyi ilk S/PUA platforması olan “Bayraktar TB2”lər dünya aviasiya və müdafiə sənayesi tərəfindən maraqla izlənilir. Ukrayna, Qətər, Azərbaycan və Polşa da daxil olmaqla 23 ölkə ilə ixrac müqavilələri imzalanıb.
2021-ci ildə 664 milyon dollarlıq S/PUA sistemləri ixrac edən Baykar, Türkiyə İxracatçılar Məclisinin açıqladığı məlumatlara görə, müdafiə və aerokosmik sahədə ən çox məhsul ixrac edən şirkət olub. Baykar hazırda gəlirlərinin 90%-dən çoxunu ixracdan əldə edir. Milli S/PUA “Bayraktar TB2” ilə maraqlanan bir çox ölkə ilə danışıqlar davam edir”, - deyə şirkətdən bildirilib.
521 dəfə oxundu