Qazaxıstanda 18 yaşı bitənə qədər hər il uşaqların hesablarına pul köçürüləcək

Qazaxıstanda 18 yaşı bitənə qədər hər il uşaqların hesablarına pul köçürüləcək
Qazaxıstanda ölkənin Milli Gəlir Fondunun 50 faizi hər il yetkinlik yaşına çatanadək uşaqların xüsusi hesablarına yatırılacaq.

Bu barədə Qazaxıstanın Prezidenti Kasım Jomart Tokayev çıxışı zamanı deyib.
"Bu vəsait gənc nəslə yetkinliyə çatanadək müəyyən stimul verəcək. Fond həqiqətən də ümummilli status alacaq və xalqın mənafeyinə xidmət edəcək", - deyə o qeyd edib.
Daha sonra dövlət başçısının mətbuat katibi bildirib ki, Milli Bankın və hökumətin hesablamalarına görə, ölkədə hər il orta hesabla 400 min uşağın doğulduğunu nəzərə alsaq, ümumilikdə hər biri üçün ən azı 3 min dollar vəsait ayrılacaq. Həmin pul 18 yaşına qədər fərdi hesabda yığılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...