Ermənistan öz tarixinin ən ağır mərhələsini yaşayır - Zakaryan

Ermənistan öz tarixinin ən ağır mərhələsini yaşayır -

“Ermənistan öz tarixinin ən taleyüklü mərhələlərindən birini yaşayır”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan öz Facebook səhifəsində yazıb.

“Bu gün Ermənistan öz tarixinin ən taleyüklü mərhələlərindən birini yaşayır və onun taleyinə nəzarət edənlər 16 faiz etibardan istifadə edirlər.

Taleyini 16% etibar edən, qalan 84% isə vecinə almayan Nikola həvalə edin.

Hələ bütün faciə bu deyil. Faciə odur ki, Qarabağı satıb, Ermənistanın torpaqlarını türklərə verib, dövləti məhv edən satqın adama güvənən 16%-lik kütlə var.

Əslində Ermənistanda bir növ dövlətə xəyanət var, ona əhalinin 16%-i inanır”, – deyə o yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
692 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...