Rusiyada səfərbərlik əleyhinə kütləvi mitinq elan edildi

Rusiyada səfərbərlik əleyhinə kütləvi mitinq elan edildi
Rusiyada səfərbərlik əleyhdarlarının kütləvi mitinqi elan edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Meduza” nəşri məlumat yayıb. Bildirilib ki, mitinqin təşəbbüskarları “Vesna” hərəkatının üzvləridir.
Onlar Rusiya Federasiyasının Ukraynadakı təcavüzünə dəstək verməyən hər kəsi sentyabrın 21-i saat 19:00-da (Bakı vaxtilə 20.00-da) öz şəhərlərinin mərkəzlərinə toplaşmağa dəvət edirlər.
"Minlərlə rus kişisi - atalarımız, qardaşlarımız, ərlərimiz müharibənin ətçəkən maşınına atılacaq. Nə üçün öləcəklər? Analar, uşaqlar nəyə görə göz yaşı tökəcəklər?" – fəalların müraciətində bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...