Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini işğaldan azad edib

Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini işğaldan azad edib

Ukrayna hərbçiləri Xarkov vilayətinin Peski-Radkovski qəsəbəsi üzərində nəzarəti bərpa edib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, məlumatı Borovsk icması təsdiqləyib.

Qeyd olunub ki, müharibədən əvvəl qəsəbədə 2 minə yaxın insan yaşayırdı.

Peski-Radkovski Oskol çayının sol sahilində yerləşir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb. Bundan əvvəl Ukraynanın Xarkov vilayətinin Kupyansk-Uzlovoy qəsəbəsinin işğaldan azad olunduğuna dair məlumat yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...