ABŞ-da qasırğa zamanı azı 15 nəfər ölüb

ABŞ-da qasırğa zamanı azı 15 nəfər ölüb
ABŞ-ın Florida ştatında "İan" qasırğası zamanı azı 15 nəfər ölüb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, təbii fəlakət ştatda dağıntılara səbəb olub. Çoxlu sayda yollara, körpülərə və binalara ciddi ziyan dəyib.

Rəsmi şəxslər indiyədək “İan” qasırğası nəticəsində azı 15 nəfərin öldüyünü təsdiqləyiblər, itkilərin sayının artacağı gözlənilir.

Dağıntı ABŞ tarixində 5-ci ən güclü qasırğa olan “İan” Floridanı tərk etdikdən sonra üzə çıxıb.

ABŞ Prezidenti Cozef Bayden “İan”ın Florida tarixinin ən ölümcül qasırğası olduğuna diqqət çəkib. Bildirib ki, insan itkiləri ilə bağlı hələ dəqiq rəqəm yoxdur: “Amma biz külli miqdarda can itkisi ola biləcəyi barədə ilkin məlumatı almışıq”.

Bayden həmçinin hökumətin fəlakətlə əlaqədar bölgəyə maddi dəstək verəcəyini və zədələnmiş ictimai binaların yenidən tikiləcəyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...