Avrozonada illik inflyasiya ilk dəfə ikirəqəmli həddə çatıb

Avrozonada illik inflyasiya ilk dəfə ikirəqəmli həddə çatıb

Bu ilin sentyabrında Avrozonada illik inflyasiya avqust ayı ilə müqayisədə 0,9 faiz bəndi artaraq 10 %-ə yüksəlib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bölgədə inflyasiya ilk dəfə ikirəqəmli həddə çatıb.

Sentyabrda Avrozonada əsas komponentlər arasında ən yüksək illik inflyasiya 40,8 %-lə enerjidə qeydə alınıb. Enerjini 11,8 %-lə qida, spirt və tütün məmulatları, 5,6 %-lə qeyri-enerji sənayesi məhsulları və 4,3 %-lə xidmətlər sektoru izləyib.

Sentyabrda Avrozona ölkələri arasında ən yüksək inflyasiya Yunanıstanda 12,1 %, Belçikada 12 %, Avstriya və Sloveniyada 11 %, Almaniyada 10,9 %, İtaliyada 9,5 %, İspaniyada 9,3 % olub.

Beləliklə, Avrozonada avqust ayında inflyasiya "Eurostat" tərəfindən məlumatların toplandığı son 25 ildən bəri ölçülən ən yüksək səviyyəyə çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...