Çin PUA-ların köməyilə yağıntıları süni şəkildə artırıb

Çin PUA-ların köməyilə yağıntıları süni şəkildə artırıb


Çin “Wing Loong - 1H” adlı mülki pilotsuz uçuş aparatının köməyi ilə Çinxay-Tibet yaylası üzərində yağıntıların süni şəkildə artırılması əməliyyatını keçirib.

Bu barədə bazar günü Çin Aviasiya Sənayesi Korporasiyası məlumat yayıb.

Məlumata görə, əməliyyat təxminən beş saat davam edib. Nəticədə çinli mütəxəssislər 15 min kvadrat kilometrə qədər ərazidə “bulud toxumu” prosedurunu həyata keçirə biliblər

PUA-lar bulud topasını aşkar etmək, onların xarakteristikalarını və strukturunu öyrənmək, həmçinin yağıntıların miqdarını artırmaq üçün xüsusi avadanlıqla təchiz edilib.

Bu əməliyyat Çin Meteorologiya İdarəsi, Çin Aviasiya Sənayesi Korporasiyası və bir sıra digər ixtisaslaşdırılmış elmi qurumlar tərəfindən birgə hazırlanıb.

Mənbə: TASS



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...