Rusiya FTX öz zabitlərinin Ukraynadan geri çəkilməsi üçün plan hazırlayır

Rusiya FTX öz zabitlərinin Ukraynadan geri çəkilməsi üçün plan hazırlayır

Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə köçürülən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) yüksək rütbəli zabitlərinə təxliyə yolları barədə məlumat verilib.

Onların ailələri ilə birlikdə Rusiya Federasiyasına təxliyə olunması planlaşdırılır.

Bu barədə Milli Müqavimət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, artıq qaulyayterlərin, rayon rəhbərlərinin və ali hərbi rəhbərliyin ailələri müvəqqəti işğal olunmuş Ukrayna ərazilərini tərk etməyə başlayıb.

“Xüsusən də çoxlu sayda xidmət zabitinin yerləşdiyi Krımda FTX işçilərinin ailələrinin təxliyyəsi planları açıqlanıb”, - deyə mərkəzin məlumatında qeyd edilir.

Mənbə: UNİAN



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
729 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...