ABŞ Ukraynaya əlavə olaraq 725 milyon dollar hərbi yardım verəcək

ABŞ Ukraynaya əlavə olaraq 725 milyon dollar hərbi yardım verəcək

ABŞ Ukraynaya əlavə olaraq 725 milyon dollar hərbi yardım verəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib.
ABŞ dövlət katibi Entoni Blinken yardıma ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından olan əlavə silah, sursat və avadanlıqların daxil olduğunu açıqlayıb. Belə ki, ABŞ-ın Ukraynaya göstərdiyi dəstəyin ümumi məbləği 18,3 milyard dollar təşkil edir. Yeni yardım paketinə Amerika istehsalı olan HİMARS Yüksək Hərəkətli Raket Artilleriya Sistemi daxildir. ABŞ artıq Ukraynaya 20 HIMARS sistemi göndərib və yaxın vaxtlarda daha 18 sistem verəcəyinə söz verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...