İran zenit sistemlərinin uçuş məsafəsini artırıb

İran zenit sistemlərinin uçuş məsafəsini artırıb
İranlı mütəxəssislər ölkədə hazırlanan “Bavar-373” zenit-raket komplekslərinin tətbiq zonasını 300 km-ə çatdırmağa nail olublar.

Bu barədə hava hücumundan müdafiə qüvvələrinin komandanı, briqada generalı Əlirza Sabahifərdə istinadən məlumat yayılıb.

Generalın sözlərinə görə, “Bavar-373”ün İran istehsalı olan ilk variantı 200 km məsafə qət edə bilsə də, sonradan bu hava hücumundan müdafiə sistemi ölkə üçün mövcud təhlükə səviyyəsinə cavab olaraq modernləşdirilib.

“Biz düşmənləri onların bazalarında müşahidə edirik. Radarlarımızın məsafəsi minlərlə kilometrdir”, - komandir əlavə edib.

Qeyd edək ki, “Bavar-373” 2019-cu ilin avqustunda İran ordusunun arsenalına daxil edilib. Hava Hücumundan Müdafiə sistemi 100-ə qədər hədəfi aşkar etmək, onlardan 60-nı izləmək və eyni zamanda altı hədəfi vurmaq qabiliyyətinə malikdir. Kompleks müxtəlif hündürlüklərdə hədəfləri vurmaq üçün üç müxtəlif növ raketlə təchiz olunub.

Mənbə: İnterfks



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...