Qazaxıstanda yanvar hadisələrinin 1500 iştirakçısı əfv olunub

Qazaxıstanda yanvar hadisələrinin 1500 iştirakçısı əfv olunub
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Amnistiya haqqında” qanunu imzalaması ilə bu ilin yanvar hadisələrinin 1500 iştirakçısı azadlığa buraxılacaq.

Bu barədə “Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir.

Amnistiya iğtişaşların yatırılması zamanı cinayət törətmiş hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşlarını da əhatə edir.

Amma terrorçular, ekstremistlər, residivistlər, iğtişaşların təşkilatçıları və işgəncə verən şəxslər amnistiyaya düşməyib.

Xatırladaq ki, bu il yanvarın əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib, onların iştirakçıları polisə və hərbçilərə hücum ediblər. O vaxt Qazaxıstan Prezidenti dövlət çevrilişinə cəhdin olduğunu bəyan etmiş və kömək üçün KTMT-yə müraciət etmişdi. Yanvarın 7-də Qazaxıstanda vəziyyət sabitləşib, yanvarın 19-da isə bütün ölkədə fövqəladə vəziyyət ləğv edilib. Rəsmi məlumata əsasən, bu hadisələr nəticəsində 238 nəfər ölüb, 4,5 mindən çox insan yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
594 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...