Rusiya əfqanları Ukrayna ilə müharibəyə cəlb edir

Rusiya əfqanları Ukrayna ilə müharibəyə cəlb edir
“Taliban”ın nəzarətinə keçdikdən sonra Əfqanıstanı tərk edən əfqan komandolarının Rusiya tərəfində Ukraynaya gedəcəyi bildirilib.

“Foreign Policy”, “Associated Press”, “Radio Free Europe” və s mənbələr bu barədə keçmiş əfqan zabitlərinin bəyanatlarına əsasən qeyd edirlər.

Onlara 1000-1500 dollar maaş, həmçinin Rusiyada yaşamaq icazəsi təklif olunur.

Çoxları bu təklifi dolanışıq və ya İrandan deportasiya qorxusu səbəbindən xoş qarşılayır.

Əfqanıstan Müdafiə Nazirliyinin keçmiş rəsmisi, general Abdurrauf Arqandivalın sözlərinə görə, artıq 15 keçmiş əfqan komandosu Vaqner Qrupuna qoşulub.

İranın köməyi ilə bu rəqəm minlərlə ola bilər.

Arqandival deyir: “(Vaqnerin) planı birinci mərhələdə 1000, ikinci mərhələdə isə min nəfəri işə götürmək, batalyon yaratmaq və bu prosesi tədricən davam etdirməkdir”.

“Independent” yazır ki, bir çox əfqan əsgər buna Avropaya keçmək üçün vasitə kimi baxır; onlar Rusiya tərəfindən vuruşduqlarını göstərərək kütləvi şəkildə Ukrayna tərəfinə təslim olub, oradan da Avropaya keçmək istəyirlər.

Qeyd edək ki, Britaniya kəşfiyyatı Rusiyanın Ukraynaya qarşı müdafiəsinə 500-ə qədər suriyalı döyüşçü cəlb etdiyini açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...