“Berndə tərəflər razılığa gələ bilməyiblər” -

 “Berndə tərəflər razılığa gələ bilməyiblər” -


“Ermənistan və Azərbaycan prezidentləri sonuncu görüşdə etiraf etdilər ki, dialoq vacibdir. Buna görə də Minsk Qrupu ümid edir ki, münaqişə tərəfləri zorakılıqdan uzaq qalacaqlar və gələn il danışıqlar daha müsbət atmosferdə davam edəcək”.

APA-nın “armenianreport.com” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin Bern görüşü ilə bağlı müsahibəsində deyib.

Həmsədr bildirib ki, hazırda danışıqlar masasında bir sıra təkliflər var: “Preizdentlərin görüşü Ermənistan və Azərbaycan xalqlarına tərəflərin münaqişəni sülh yolu ilə həll etmək istəyində olduğunu göstərir. Prezidentlərin Bern görüşündə heç bir nailiyyət ələ olunmasa da, onlar son zamanlar baş verən zorakılıq halları, əsasən də mülki əhali arasında baş verən itkilərə görə narahatlıqlarını ifadə etdilər. Dövlət başçıları etiraf etdilər ki, dialoq vacibdir. Məhz buna görə həmsədrlər ümid edirlər ki, gələn il onlar arasında yeni görüş təşkil etmək mümkün olacaq. Biz eyni zamanda Dağlıq Qarabağın icmaları arasında dialoq qurulması üçün imkan yaratmaq istəyirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
940 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...