İmkanlı ailənin övladı 5 ildir bu xarabalıqda yaşayır – ŞOK SƏBƏB – VİDEO

İmkanlı ailənin övladı 5 ildir bu xarabalıqda yaşayır –
Bakıda imkanlı ailənin övladı olan Nurlan adlı gənc artıq 5 ildir ki, küçələrdə gecələyir.

Tribunainfo.az xəbər verir ki, bir vaxtlar normal həyat tərzi sürən 29 yaşlı gənc indi xarabalıqların ümidinə qalıb.

Bloger Nail Kəmərlinin yutub kanalına danışan Nurlan bu günlərə düşməsinə səbəb kimi narkotik istifadəçisi olmasını göstərib:

“Bir vaxtlar normal həyatım var idi. Heyf deyildi yatanda-duranda heç nə fikirləşmirdim. İndi ancaq fikirləşirəm ki, səhər pulu hardan tapacam?
Hər şeydən adamın həvəsi ölür. Adam var ki, tanıyıram, ağrısı gələndə iki balasını unudur.

Yaxşı dostlarım var idi. Yeni Yasamalda böyümüşəm. Hər gün dostlarımla əylənirdik. Bir gün mənə narkotik maddə təklif etdilər və mən də istifadə etdim. Daha sonra dərman atdım. İndi isə iynə vururam və bu günlərə qalmışam”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...