““Tərtər işi”ndə A-dan Z-yə günahı olanların hər biri cəzasını almalıdır”

““Tərtər işi”ndə A-dan Z-yə günahı olanların hər biri cəzasını almalıdır”

Milli Məclisin deputatı Vüqar “Tərtər işi” barədə danışıb.

Gundeminfo.az Yeniavaz.com xəbər verir ki, V. İskəndərov “Pravda.az”a açıqlamasında “Tərtər işi”ndə əli olan hər kəsin cəzalandırılmasının vacib olduğunu bildirib.

““Tərtər işi” adlanan proses artıq uzun müddətdir ki, gedir. Birbaşa baş prokurora bağlı xüsusi istintaq qrupu yaradılıb. Tanıdığımız çox savadlı, təcrübəli müstəntiqlər “Tərtər işi” ilə məşğul olurlar. Artıq konkret nəticələr, uğurlar da var. Əslində, tənqid etmək asandır. Çox ağır prosesdir. Bu işdə əli olan, sırf cinayət törədən insanlar dəqiq araşdırılmalı, üzə çıxarılmalıdır. A-dan Z-yə qədər günahı olanların hər biri isə mütləq cəzasını almalıdır. Ölkə başçısının da “Tərtər işi” üzərində xüsusi diqqəti var. İllər öncə bu işi süni şəkildə böyüdən, günahsız insanları həbsə atan, onlara işgəncə verən şəxslərin dəqiq adı, soyadı, siyahısı müəyyənləşməli, haqq-ədalət öz yerini tutmalıdır”, - deyə o qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...