Anar Bəkirov: "Mənim həbs olunmağımdan söhbət gedə bilməz"

Anar Bəkirov: "Mənim həbs olunmağımdan söhbət gedə bilməz"

"Mənim həbs olunmağımdan söhbət gedə bilməz. Bu yayılan məlumatlar yalandır. Hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaqa çağırılmışam".

Bunu ANS PRESS-ə açıqlamasında “Simurq” Peşəkar İdman Klubunun həbs olunduğu deyilən prezidenti Anar Bəkirov deyib. O bildirib ki, instintaqa dəvət olunub ancaq hələ ki, ifadə verməyib.
Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev isə bildirib ki, istintaq başa çatdıqdan sonra məsələ ilə bağlı ətraflı məlumat veriləcək. Qeyd edək ki, Beynəlxalq Bankdan külli miqdarda kredit götürən iş adamlarından Anar Bəkirov saxlanıldığı məlumatı yayılmışdı.


Xatırladaq ki, ötən həftədən Azərbaycanda "Beynəlxalq Bank"a krediti olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri "Bandotdel"də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında neft oliqarxı Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azimport” şirkətinin sahibi, Bayraq Meydanının eks-rəisi Rəşad Məmmədov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 218 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...