Vasif Talıbova məxsus şirkətlərin yeni sahibi bu şəxs oldu - FOTO

Vasif Talıbova məxsus şirkətlərin yeni sahibi bu şəxs oldu -
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq” olub.

Yeniavaz.com xəbər verir ki, artıq “Gəmiqaya Holdinq”ə məxsus rəsmi “Facebook” hesabının adı da “Arkoz Holdinq” adlandırılıb.

Məlumat üçün bildirək ki, “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə heyətinin sədri olub.

Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.

Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalları azaldılıb. Ehtimal etmək olar ki, nizamnamə kapitalının azaldılması təsisçi dəyişikliyilə bağlıdır.

Vasif Talıbova məxsus şirkətlərin yeni sahibi bu şəxs oldu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
677 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...