Azərbaycanda inflyasiya 14%-ə çatır - Son 14 ilin rekordu...

Azərbaycanda inflyasiya 14%-ə çatır -
Yola saldığımız 2022-ci ildə Azərbaycanda istehlak məhsullarının qiyməti və xidmət tarifləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9% bahalanıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən il ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 19,5%, qeyri-ərzaq məhsullarının qiyməti 8,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin tarifi isə 10,4% artıb.

Məlumat üçün bildirək ki, bu, son 14 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2008-ci ildə ötənilki səviyyədən yüksək (20,8%) olub.
Son 14 ildə Azərbaycanda inflyasiya səviyyəsi aşağıdakı kimi olub:

2009-cu il – 1,5%
2010-cu il – 5,7%
2011-ci il – 7,9%
2012-ci il – 1,1%
2013-cü il – 2,4%
2014-cü il – 1,4%
2015-ci il – 4%
2016-cı il – 12,4%
2017-ci il – 12,9%
2018-ci il – 2,3%
2019-cu il – 2,6%
2020-ci il – 2,8%
2021-ci il – 6,7%
2022-ci il – 13,9%



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...