"Kreml Vardanyanı Paşinyanın yerinə hazırlayır" - "The Washington Times"

"Kreml Vardanyanı Paşinyanın yerinə hazırlayır" -
"Rusiya rejimi Cənubi Qafqazda etnik münaqişələri qızışdırmaq və Ermənistan hökumətini Moskvanın nümayəndəsi ilə əvəzləmək üçün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniləri manipulyasiya edir".

Yeniavaz.com xəbər verir ki, bu iddia ilə "The Washington Times" qəzeti çıxış edib.

Nəşr yazır ki, bu ssenari Kremlin öz imperialist təsir dairəsini saxlamaq üçün Gürcüstanda, Moldovada və ya Ukraynada hazırladığı digər mübahisələri xatırladır.

"The Washington Times" qeyd edir ki, 2022-ci ilin noyabrında Moskvada məsləhətləşmələrdən sonra Putinə yaxın adam sayılan Ruben Vardanyan Qarabağda olan separatçı rejimin yeni "administrasiyanın rəhbəri" təyin edilib:

"Vardanyan indi Kreml tərəfindən İrəvanın xarici siyasətini Qərbə yönəltməklə Moskvanı özündən uzaqlaşdıran Ermənistanın Baş naziri Nikol Paşinyanın yerinə hazırlaşır. Vardanyan Ermənistanın yeni milli lideri olduğunu iddia edir və Rusiyanın tam diplomatik, maliyyə və media dəstəyi ilə növbəti parlament seçkilərində iştirak etməyə hazırlaşır".

Həmçinin qeyd olunur ki, Vaşinqton və ABŞ-ın müttəfiqləri, o cümlədən Türkiyə regionun parçalanması üçün atılan bu son addımı gözdən qaçırmamalı, Ukraynada olduğu kimi Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində də həmfikir olaraq qalmalıdırlar.

Xatırladaq ki, ötən ilin sonunda erməni əsilli milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağdakı qondarma separatçı rejimin "dövlət naziri" təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
462 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...