"Qardaş acısını sadəcə qardaş çəkər" - "Traktor" klubundan Azərbaycana DƏSTƏK

"Qardaş acısını sadəcə qardaş çəkər" -
Qardaş acısını sadəcə qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan teror saldırısını şiddət ilə məhküm edirik. Terora son"

GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri Təbrizin "Traktor" klubu tvitter hesabındakı paylaşımında bildirib. Onlar terrora son deyərək, Azərbaycana qardaş dəstəyini göstərib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.
"Qardaş acısını sadəcə qardaş çəkər" -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...