Bakıda binalar zəlzələyə nə qədər dözümlüdür?
Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində 300 nəfərə qədər insan həyatını itirib, 2323 nəfər yaralanıb. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniy vilayətlərində ümumilikdə 1710 bina dağılıb. Diyarbakırın Bağlar ilçəsində yeni tikilən çoxmərtəbəli binanın zəlzələ zamanı bir göz qırpımında tamamən yerlə-yeksan olması ilə bağlı yayılan görüntülər Azərbaycanda da ciddi narahatlıq yaradıb. Paytaxt ərazisində yeni tikilən binalarda təhlükəsizlik qaydalarının, təbii fəlakətlərə dayanıqlılığın nə dərəcədə gözlənildiyi məsələsi gündəmə gəlib.
Tanınmış memar Cahid Həsənov Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycandakı tikililərdə, xüsusilə çoxmərtəbəli binaların inşasında aidiyyəti dövlət qurumları tərəfindən təqdim edilmiş qaydalar əsasında texniki baxımdan möhkəmlik nəzərə alınır.
Reklamçılar İttifaqının icraçı direktoru: “Sosial şəbəkələr reklam bazarını çökdürür” - MÜSAHİBƏ
Memar bildirib ki, xüsusən son onilliklərdə bu halın böyük vüsət alması sevindiricidir: “Türkiyədəki hadisə bizi çox kədərləndirdi. Zəlzələ zamanı yeni tikililərin dağılması bir memar kimi bizi də sarsıdır. Paytaxt ərazisində elə tikililər var ki, məsələn, Sovet dövründə inşa edilən “Xurşovka”ların zəlzələyə davam gətirməsi çox təhlükəlidir. Sevindirici haldır ki, “Xurşovka” deyilən binaların sökülməsi, tədricən yeni binalarla əvəz olunması prosesi gedir. Digər köhnə binaların da növbəti dövrlərdə sökülüb yerində yeni binaların tikilməsi, yaxud parkların salınması işi sürətləndirilsə, çox yaxşı olardı. Çünki təhlükə anında köhnə binalar texnoloji baxımdan standartlara cavab vermir. On beş-iyirmi il əvvəl köhnə binalara artırmalar edilməsi dəbə düşmüşdü. Bu kimi halların qarşısını almaq üçün aidiyyəti dövlət qurumları, Memarlıq və Şəhərsalma Baş İdarəsi mübarizə aparırdı. Çünki təbii fəlakətlər olanda nəticəsi çox acınacaqlı olur. Regionlarımıza da nəzər yetirsək, orada da tikilən binaların texniki baxımdan möhkəmliyinə dövlət qurumları tərəfindən nəzarət edilir. Amma fərdi yaşayış evlərinin tikintisinə də ciddi nəzarət olmalıdır. Bir, yaxud ikimərtəbəli şəxsi yaşayış evi tikilirsə, standartlar nəzərə alınmalıdır. Ucuz başa gəlsin deyə konstruksiya baxımından texniki şərtləri ixtisara salmaq belə fəsadlara gətirib çıxara bilər. Heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. Ona görə də ictimaiyyətə çağırış edirəm ki, yaşayış evləri tikərkən bir qədər xərc çəkib memarlıq-konstruksiya baxımından texniki şərtləri yerinə yetirsinlər, fəsadlar olmasın”.
Onun sözlərinə görə, Diyarbakırın Bağlar ilçəsində yeni çoxmərtəbəli binanın bir anda dağılmasına səbəb texniki şərtlərin nəzərə alınmaması ola bilər: “Çoxmərtəbəli binanın o hala düşməsi lap faciədir. Dar sütunların qoyulması, konstruktiv möhkəmliyin zəif olması nəticəsində binalar təbii fəlakətə tab gətirə bilmir. Vaxtilə İrana, Türkiyəyə gedəndə tikililəri müşahidə edirdim. Bu ölkələrdəki tikililərdə seysmik şərtlərin nəzərə alındığını görmədim. Amma Azərbaycanda bunu görə bilirik. Bu gün Azərbaycan yeni tikilən binlarda standartların nəzərə alınması baxımından digər ölkələrdən öndədir”.
549 dəfə oxundu