Dağıntılar altından çıxarılan qadın İlham Əliyevə salam göndərdi - Video

Dağıntılar altından çıxarılan qadın İlham Əliyevə salam göndərdi -
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Yeniavaz.com xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd olunub ki, əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək. Xilasedicilərimiz tərəfindən dağıntılar altından xilas edilən Türkiyə vətəndaşı Azərbaycan xalqına və Prezident İlham Əliyevə salam göndərib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...