Türkiyədə çadır qalmaqalı – “Qızıl Ay” 2050 çadırı Ahbap-a pulla satıb

Türkiyədə çadır qalmaqalı –
Türkiyə Qızıl Ay Cəmiyyəti 6 fevral tarixində baş verən dəhşətli zəlzələdən sonra başqa bir xeyriyyə təşkilatı olan Ahbap-a 2050 ədəd çadır satıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Ahbap-dan açıqlama verilib.
Təşkilatdan bildiriblər ki, 6 fevral 2023-cü il tarixində mərkəzi Kahramanmaraşda olan və ümumilikdə on vilayətdə baş verən zəlzələ nəticəsində zərər görən vətəndaşlarımızın çadır ehtiyaclarını qarşılamaq üçün bütün ölkə səfərbər edilmiş və Birliyimiz hər yerdə çadır istehsal edən şirkətlərlə əlaqə saxlamışdır: “O vaxt əlaqə saxladığımız şirkətlərdə həmin səhər zəlzələ bölgəsinə göndərə biləcəyimiz çadırları yox idi. Bu səbəbdən də çadırlar Türkiyə Qızıl Ay Cəmiyyətindən alınıb”.
Bu məlumat Türkiyə ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. Türkiyə Qızıl Ay Cəmiyyətinin çadırları pul ilə satması sosial şəbəkələrdə tənqid olunub.
Məsələ ilə bağlı Türkiyə Qızıl Ay Cəmiyyətindən də açıqlama verilib. Cəmiyyətdən bildirilib ki, çadırlar Ahpab-a maya dəyərinə satılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
551 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...