Cahangir Hacıyev yenidən “Bandotdel”ə köçürüldü

Cahangir Hacıyev yenidən “Bandotdel”ə köçürüldü


Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasından köçürülüb.

Bu barədə Cahangir Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Vəkil bildirib ki, C.Hacıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülüb: "Cahangir Hacıyev ötən il dekabrın 30-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib və hələ də orada saxlanılır. Məlumata görə, Cahangir Hacıyevi istintaq hərəkətləri ilə əlaqədar ora aparıblar və 10 gün orada saxlanılacaq".

Sonuncu dəfə yanvarın 5-də C.Hacıyevlə görüşdüyünü deyən vəkil bildirib ki, müvəkkilinin saxlanma şəraitindən və səhhətindən narazılığı yoxdur: " Dərmanları vaxtında alır. Lakin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülən gündən onun telefonla danışığına və azuqə qəbuluna qadağa qoyulub".

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
998 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...