Neftin qiyməti antirekordları yeniləməkdə davam edir

Neftin qiyməti antirekordları yeniləməkdə davam edir


London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 4% azalaraq 33 dollardan aşağı düşüb. "APA-Economics"in məlumatına görə, hazırda Brent markalı neftin bir bareli 32,81 dollara satılır. Bu, 2004-cü ilin aprelindən bəri ən aşağı göstəricidir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,42 dollar azalaraq 32,55 dollar təşkil edib. Neftin ucuzlaşmasına Çin bazarında vəziyyət və ABŞ-ın neft ehtiyatlarının artması səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
995 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...