Ordumuz ermənilərin korpus komandirini sıradan ÇIXARDI

Ordumuz ermənilərin korpus komandirini sıradan
Ermənistan silahlı qüvvələrinin Laçın istiqamətində təxribatının qarşısı qəhrəman əsgərlərimiz tərəfindən igidliklə alınıb.

Hazırda ermənilər tərəfində üç ölü və çoxlu yaralı var.

Redaktor.az xəbər verir ki, bu barədə “Hraparak” Sünikdəki mənbəyə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, yaralılar arasında xüsusi təyinatlı ordu korpusunun komandiri, polkovnik Armen Gözəlyan da var.

Nəşr onu da qeyd edir ki, erməni tərəfi hələ də atışma zamanı yaralıları hadisə yerindən çıxara bilməyib, ölənlərin sayı arta bilər.

Gözəlyan Texin Sünik kəndi yaxınlığında atışma zamanı yaralanıb. Nəşrin məlumatına görə, ağır yaralanan polkovnik hazırda əməliyyat masasındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...