Hesablama Palatası ötən il 37 milyon manatlıq səmərəsiz xərc aşkar edib

Hesablama Palatası ötən il 37 milyon manatlıq səmərəsiz xərc aşkar edib
2022-ci ildə Hesablama Palatası apardığı uyğunluq auditləri hesabına 16 qurumda 26,7 milyon manatlıq səmərəsiz xərc aşkar edib.

"Report" xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, 12 milyon manatı bağlanmış müqavilədə qurum üçün əlverişsiz şərtlərin nəzərdə tutulması, 9,9 milyon manatı audit dövrünün əvvəlində alınmış avadanlıq və malların istifadə edilməməsi, 8,3 milyon manatı avans ödənişi aparılmış müqavilələrin sonradan dayandırılması, 2,7 milyon manatı koronavirus (COVID-19) və digər səbəblərdən keçirilməyən tədbirlərə pul xərclənməsi, 1,4 milyon manatı fəaliyyətsiz olan əsas vəsaitə xərc çəkilməsi, 1,3 milyon manatı audit dövrünün əvvəlində alınmış proqram təminatını istifadə olunmaması, 0,6 milyon manatı ehtiyac olmadan iş həcminin artırılması, 0,5 milyon manatı isə digər səmərəsiz hallarla bağlı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...