“LC Waikiki”nin saytına məhdudiyyət qoyulması qanunidirmi?

“LC Waikiki”nin saytına məhdudiyyət qoyulması qanunidirmi?
“Böyük ehtimalla, Bakıda fəaliyyət göstərən “LC Waikiki” mağaza sahibləri malları satılmadığına görə müraciət ediblər ki, Azərbaycanda bu brendlə onlayn formatda alış-verişi bloklayın. “LC Waikiki” də bunu onlar üçün edib. Bunu tələb edənlər brendin Bakı filialları deyil, “LC Waikiki” ilə müqaviləsi olan Azərbaycan sahibkarlarıdır. Hansılar ki Bakıda analoji mağaza açıblar. Onlar müqavilə əsasında sözügedən şirkətin mallarını alıb, Azərbaycanda satırlar”.

Bu sözləri Pravda.az-a açıqlamasında eskpert Əkrəm Həsənov deyib.

O bildirib ki, “LC Waikiki" saytının Azərbaycanda bloklanması biznes nöqteyi-nəzərindən başadüşüləndir: “Burada qanunsuz bir şey yoxdur. Hər kəs hansı üsulla istəyir, malını o cür satır. Sahibkarlar da belə bir qərar veriblər. Burada bazar iqtisadiyyatı şəraiti, müqavilə azadlığından söhbət gedir. Sadəcə, sahibkarlar üçün müəyyən risk var. Belə olan halda Azərbaycan istehlakçısı məcbur deyil ki, gedib məhz “LC Waikiki” mallarını alsın. Daha ucuz brendin mallarını alacaq. Bazar iqtisadiyyatının da özəlliyi budur. Qanunsuz bir şey görmürəm. Ola bilər ki, digər mağazalar da bu üsuldan istifadə etsinlər, amma onlar da eyni riskə girmiş olacaqlar. Qiymət baxımından sərf edirsə, Azərbaycan istehlakçısı, hətta Avropadan da məhsul ala bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...